Finss.az xəbər verir ki, ABŞ Energetika Nazirliyinin açıqladığı son hesabatda ölkənin kommersiya xam neft ehtiyatlarının ötən həftə artdığı bildirilib. Məlumata görə, ABŞ-ın xam neft ehtiyatları 405 min barel artaraq 424,8 milyon barelə çatıb.
Trading Economics platformasının məlumatına əsasən, analitiklər neft ehtiyatlarında orta hesabla 2,4 milyon barel azalma gözləyirdilər. Bu isə faktiki göstəricilərin bazar proqnozlarından ciddi şəkildə fərqləndiyini göstərir.
Hesabatda qeyd olunur ki, 19 dekabrda başa çatan həftə ərzində ABŞ-da benzin ehtiyatları 2,86 milyon barel, distillə edilmiş neft ehtiyatları isə 202 min barel artıb. Halbuki ekspertlər benzin ehtiyatlarında 1,1 milyon barel, distillə edilmiş neft ehtiyatlarında isə təxminən 400 min barel artım proqnozlaşdırırdılar.
Bununla yanaşı, Nyu-York Ticarət Birjasında (NYMEX) ticarət edilən xam neftin saxlanıldığı Kuşinq terminalında ehtiyatlar 707 min barel yüksəlib. Bu göstərici neft bazarında qısa müddətli təzyiqlərin artmasına səbəb ola bilər.
Qeyd edək ki, ABŞ Energetika Nazirliyinin hesabatı bazar ertəsi günü neft bazarı bağlandıqdan sonra altı saatdan çox gecikmə ilə açıqlanıb. Gecikməyə səbəb Qriqorian təqvimi ilə Milad bayramı ilə əlaqədar məlumatların bu həftəyə təxirə salınması olub.
