BİRJA

29 Dekabr

"Xalq Bank" ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutmuşdu

Finss.az - 24 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Xalq Bank" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 24.12.2025-ci il tarixində başlayıb, 26.12.2025-ci il tarixində bitmişdir.

AZ2002005513 İSİN kodlu istiqrazların yerləşdirilməsi 29 dekabr 2025-ci il tarixində həyata keçirilmişdir.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

 

Emitentin adı

"Xalq Bank" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2002005513

İstiqrazların növü və forması

Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı

50,000 ədəd

İlkin ticarət qiyməti

100 manat

İstiqrazların buraxılış həcmi

5,000,000 manat

İllik gəlirlilik faizi

9%

Ödəmə Periodu

Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti

2 il

Minimal qiymət

100 (9.0000%) manat 

Maksimal qiymət

100 (9.0000%) manat

Kəsmə qiymət

100 (9.0000%) manat

Ortaçəkili qiymət

100 (9.0000%) manat

Reallaşdırılmış həcm

5,000,000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

5,000,000 manat

İnvestor sayı

72

Sifariş sayı

72

Anderrayter

 “Xalq Kapital İnvestisiya Şirkəti” QSC