Finss.az - 29 dekabr 2025-ci il tarixində dünya bazarlarında qızıl və əsas kripto koinlər üzrə qiymətlər yüksək səviyyədə qalıb.
Spot bazarda qızılın bir unsiyasının qiyməti təxminən 4 471 ABŞ dolları olub və əvvəlki sessiyalarla müqayisədə dar diapazonda dəyişib.
Kriptovalyuta bazarında isə Bitcoin yenidən 90 min ABŞ dolları səviyyəsinə yüksəlib. Ethereumun qiyməti isə 3 047 ABŞ dolları civarında formalaşıb. Analitiklər bazarda ilin sonuna yaxın nisbi canlanma müşahidə edildiyini bildirirlər.
