Azərbaycan Mərkəzi Bankı 29 dekabr 2025-ci il tarixindən etibarən xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi məzənnələrini açıqlayıb.
Rəsmi bülletenə əsasən, 1 ABŞ dolları (USD) 1,7000 manat, 1 Avro (EUR) 1,9999 manat, 1 İngilis funt sterlinqi (GBP) isə 2,2941 manat səviyyəsində müəyyən edilib. Həmçinin 1 Avstraliya dolları (AUD) 1,1427 manat, 1 Kanada dolları (CAD) 1,2438 manat, 1 İsveçrə frankı (CHF) isə 2,1529 manat olub.
Digər əsas valyutalar üzrə məzənnələrə görə, 1 Çin yuanı (CNY) 0,2425 manat, 100 Rusiya rublu (RUB) 2,1972 manat, 1 Gürcü larisi (GEL) 0,6313 manat, 100 Yapon yeni (JPY) 1,0871 manat, 1 Türk lirəsi (TRY) isə 0,0396 manat təşkil edib.
Bank metalları üzrə rəsmi məzənnələrdə isə 1 troy unsiya qızıl (XAU) 7 675,7975 manat, 1 troy unsiya gümüş (XAG) 135,6420 manat, 1 troy unsiya platin (XPT) 4 137,3240 manat, 1 troy unsiya palladium (XPD) isə 3 072,8775 manat səviyyəsində müəyyən olunub.
Azərbaycan Mərkəzi Bankı qeyd edib ki, açıqlanan məzənnələr rəsmi xarakter daşıyır və AMB bu valyutaları və bank metalları həmin qiymətlərlə almaq və satmaq öhdəliyi daşımır.
