BİRJA

29 Dekabr

“Brent” və “WTI” nefti bahalaşıb

Dünya enerji bazarlarında neft fyuçerslərinin qiymətlərində artım müşahidə olunub.

Finss.az xəbər verir ki, “ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı “Brent” markalı neftin 2026-cı ilin fevral ayı üzrə ixrac müqaviləsi əvvəlki sessiya ilə müqayisədə 1,03% bahalaşaraq 1 barel üçün 60,86 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Eyni zamanda, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin fevral ayında ixrac nəzərdə tutulan “WTI” markalı xam neftin bir barelinin qiyməti 1,08% artaraq 57,35 ABŞ dollarına bərabər olub.