Əmtəə bazarlarında qızıl fyuçerslərinin qiymətində azalma qeydə alınıb.
Finss.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin fevral fyuçersləri 0,41% ucuzlaşaraq 4 534 ABŞ dolları səviyyəsində formalaşıb.
Eyni zamanda, COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti artım nümayiş etdirib. Belə ki, gümüş fyuçersləri 2,68% bahalaşaraq 79,263 ABŞ dollarına yüksəlib.
