Finss.az - Azərbaycan Mərkəzi Bankı 25 dekabr 2025-ci il tarixindən etibarən xarici valyutaların Azərbaycan manatına qarşı rəsmi məzənnələrini açıqlayıb.
Bülletenə əsasən, ABŞ dolları 1,7000 manat səviyyəsində müəyyən olunub. Avro 2,0019 manat, İngilis funt sterlinqi 2,2976 manat, Avstraliya dolları 1,1408 manat, Kanada dolları 1,2434 manat və İsveçrə frankı 2,1583 manat səviyyəsində ticarət olunur.
Digər valyutalara gəldikdə, Çin yuanının rəsmi məzənnəsi 0,2426 manat, 100 Rusiya rubulu 2,1512 manat, Gürcü larisi 0,6308 manat, 100 Yapon yeni 1,0915 manat və Türk lirəsi 0,0397 manat olaraq açıqlanıb.
Bank metallarında isə qızılın 1 troy unsiyası 7 615,0140 manat, gümüş 122,1790 manat, platin 3 836,4325 manat, palladium isə 2 935,6280 manat səviyyəsində qiymətləndirilir.
Mərkəzi Bank xatırladır ki, bu göstəricilər valyutaların və metallərin alınması və satılması üçün öhdəlik yaratmır və yalnız Azərbaycan manatının xarici valyutalara və bank metallarına qarşı rəsmi məzənnələrini əks etdirir.
