Dünya enerji bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində artım müşahidə olunub. Məlumata görə, Azərbaycan neftinin bir barelinin qiyməti 0,48 ABŞ dolları və ya 0,73% yüksələrək 66,62 ABŞ dollarına çatıb. Bundan əvvəl “Azeri Light” nefti dünya bazarlarında 66,14 ABŞ dolları səviyyəsində ticarət edilirdi.
Qeyd edək ki, 2025-ci il üzrə dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin orta illik qiyməti 1 barel üçün 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
