BİRJA

25 Dekabr

“MJ Financial Services BOKT” ASC-nin səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi baş tutacaq

Finss.az - 24 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “MJ Financial Services BOKT” ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

“MJ Financial Services BOKT” ASC-nin abunə yazılışı 26 dekabr 2025-ci il tarixindən başlayaraq (1 iş günü) davam edəcəkdir.

Qeyd olunan səhmlərin yerləşdirilməsi 29 dekabr 2025-ci il tarixində həyata keçiriləcəkdir.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

 

Emitentin adı

“MJ Financial Services BOKT” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ1001023162

Səhmlərin növü və forması

Səhmlər sənədsiz adlı, adi

Ticarət üsulu/forması

Kütləvi / Abunə yazılışı

Səhmlərin sayı

160 ədəd

İlkin ticarət qiyməti

30,001 manat

Buraxılış həcmi

4,800,160 manat

Ticarətə buraxılma tarixi

29.12.2025

Anderrayter

 "Troni İnvestisiya Şirkəti” QSC