Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.
Finss.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,43 ABŞ dolları və ya 0,65% artaraq 66,14 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, “Azeri Light” markalı neftin əvvəlki qiyməti 65,71 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın 2025-ci il üzrə dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
