Əmtəə bazarlarında qızıl və gümüşün fyuçers qiymətlərində artım müşahidə olunub.
Finss.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 0,43% artaraq 4 524,85 ABŞ dollarına bərabər olub.
Eyni zamanda, COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də yüksəlib. Belə ki, gümüşün fyuçers dəyəri 1,81% artaraq 74,428 ABŞ dolları səviyyəsində qərarlaşıb.
