Finss.az - 23 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların abunə yazılışı 23.12.2025-ci il tarixində başlayıb, 29.12.2025-ci il tarixində bitəcəkdir.
AZ2001009268 İSİN kodlu istiqrazların yerləşdirilməsi 30 dekabr 2025-ci il tarixində həyata keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
"AZƏRBAYCAN DƏMİR YOLLARI" QSC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2001009268 |
|
İstiqrazların növü və forması |
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
|
Ticarət üsulu/forması |
Kütləvi/ Abunə yazılışı |
|
İstiqrazların sayı |
300,000 ədəd |
|
İlkin ticarət qiyməti |
100 ABŞ Dolları |
|
İstiqrazların buraxılış həcmi |
30,000,000 ABŞ Dolları |
|
İllik gəlirlilik faizi |
7% |
|
Ödəmə Periodu |
Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir |
|
Tədavül müddəti |
5 il |
|
Ticarətə buraxılma tarixi |
30.12.2025 |
|
Anderrayter |
“ABB-İnvest İnvestisiya Şirkəti” QSC |
