BİRJA

22 Dekabr

"KƏPƏZ BOKT" MMC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutmuşdu

Finss.az - 8 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "KƏPƏZ BOKT" MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 10.12.2025-ci il tarixində başlamış, 10 təqvim günü davam etmişdir.

AZ2012020809 İSİN kodlu istiqrazların yerləşdirilməsi 22 dekabr 2025-ci il tarixində həyata keçirilmişdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

 

Emitentin adı

"KƏPƏZ BOKT" MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2012020809

İstiqrazların növü və forması

Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı

10,000 ədəd

İlkin ticarət qiyməti

100 manat

İstiqrazların buraxılış həcmi

1,000,000 manat

İllik gəlirlilik faizi

15%

Ödəmə Periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər ay (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir.

Tədavül müddəti

24 ay

Minimal qiymət

100 (15.0000%) manat 

Maksimal qiymət

100 (15.0000%) manat

Kəsmə qiymət

100 (15.0000%) manat

Ortaçəkili qiymət

100 (15.0000%) manat

Reallaşdırılmış həcm

1,000,000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

1,000,000 manat

İnvestor sayı

55

Sifariş sayı

55

Anderrayter

 “Troni İnvestisiya Şirkəti” QSC