BİRJA

22 Dekabr

Maliyyə Nazirliyinin Diskontlu, Dövlət Qısamüddətli İstiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Finss.az - 23 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Diskontlu, Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

 

Dövlət istiqrazının növü

Diskontlu, qısamüddətli, dövlət istiqrazları 

Qiymətli kağızın ISIN kodu

AZ0101110028

Buraxılış həcmi 

50 000 000 manat

Nominal dəyəri 

100 manat

İstiqrazların tədavül müddəti,

30 gün,

Kupon ödənişləri

-

Kupon dərəcəsi (olduqda)

-

Ödəmə tarixi

23.01.2026

Anderrayter

“PAŞA Kapital İ.Ş.” QSC

 

Hərracın gedişi zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Yuxarıda qeyd edilən tarixdə həyata keçiriləcək hərracda dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 100 faizədək artırıla bilər.