Finss.az - Nyu-Yorkun “NYMEX” əmtəə birjasında təbii qaz üzrə fyuçers kotirovkalarında artım qeydə alınıb. Birja məlumatlarına əsasən, təbii qaz bazarında müsbət qiymət dinamikası müşahidə olunur.
Belə ki, 2026-cı ilin yanvar ayında çatdırılmaq şərti ilə təbii qaza dair fyuçerslərin qiyməti 1 milyon BTU üzrə 1,43 faiz yüksələrək 4,04 ABŞ dolları səviyyəsinə çatıb. Qiymət artımı enerji bazarlarında tələb gözləntilərinin və mövsümi faktorların təsiri ilə əlaqələndirilir.
