BİRJA

22 Dekabr

Dünya bazarlarda neft qiymətləri artıb

Finss.az - Beynəlxalq neft bazarlarında qiymət artımı müşahidə olunub. Ticarət əməliyyatlarının gedişində həm Avropa, həm də Amerika birjalarında neft fyuçersləri bahalaşıb.

ICE London” qitələrarası birjasında “Brent” markalı neftin 2026-cı ilin fevral ayı üzrə ixrac müqaviləsinin qiyməti 0,88 faiz artaraq bir barel üçün 61 ABŞ dolları səviyyəsində formalaşıb. Brent neftində qeydə alınan artım qlobal bazarlarda tələb gözləntilərinin güclənməsi ilə əlaqələndirilir.

Eyni zamanda, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında da müsbət dinamika qeydə alınıb. 2026-cı ilin fevral ayında ixrac edilmək şərti ilə “WTI” markalı neftin bir barelinin qiyməti 0,88 faiz yüksələrək 57,02 ABŞ dolları olub.