BİRJA

19 Dekabr

Dünya birjasında təbii qaz ucuzlaşıb

Nyu-Yorkun “NYMEX” əmtəə birjasında təbii qaz üzrə fyuçers kotirovkalarında azalma qeydə alınıb.

Finss.az-ın yaydığı məlumata görə, 2026-cı ilin yanvar ayında çatdırılmaq şərti ilə təbii qaz fyuçerslərinin qiyməti 1 milyon BTU (British thermal unit – Britaniya istilik vahidi) üçün 1,77% ucuzlaşaraq 3,877 ABŞ dolları səviyyəsində formalaşıb.

Qiymət enişi qlobal enerji bazarlarında mövcud tələbat və ticarət gözləntiləri fonunda baş verib.