BİRJA

18 Dekabr

Azərbaycan Mərkəzi Bankı rəsmi valyuta və bank metallarının məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 18 dekabr 2025-ci il tarixindən etibarən xarici valyutaların və bank metallarının rəsmi məzənnələrini açıqlayıb.

Finss.az xəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat səviyyəsində saxlanılıb. Avro üzrə rəsmi məzənnə 1,9964 manat, İngilis funt sterlinqi isə 2,2726 manat müəyyən edilib. Digər əsas valyutalardan Avstraliya dolları 1,1222 manat, Kanada dolları 1,2337 manat, Çin yuanı 0,2414 manat, Rusiya rublu (100 vahid) 2,1129 manat, Türk lirəsi isə 0,0398 manat təşkil edib.

Qeyd olunub ki, region ölkələrinin valyutalarından Gürcü larisi 0,6310 manat, Qazaxıstan tengəsi (100 vahid) 0,3310 manat, Ukrayna qrivnası 0,0401 manat, Yapon yeni (100 vahid) isə 1,0916 manat səviyyəsində müəyyənləşdirilib.

Bank metallarının rəsmi qiymətlərinə gəldikdə, qızılın bir troy unsiyası 7364,0940 manat, gümüş 112,7185 manat, platin 3327,0785 manat, palladium isə 2821,6685 manat olaraq açıqlanıb.

Mərkəzi Bankdan bildirilib ki, yuxarıda göstərilən valyutaları və bank metallarını həmin məzənnələrlə almaq və satmaq öhdəliyi daşınmır.