Finss.az xəbər verir ki, Almaniya hökuməti 2026-cı ildə iri həcmli infrastruktur və müdafiə xərclərini maliyyələşdirmək məqsədilə dövlət istiqrazlarının buraxılışını rekord həddə – 512 milyard avroya çatdırmağı planlaşdırır.
Məlumata görə, istiqraz emissiyasının həcmi bu ilki səviyyə olan 425 milyard avro ilə müqayisədə təxminən 20% artacaq. Bundan əvvəlki rekord göstərici 2023-cü ildə qeydə alınmış və 500 milyard avro təşkil etmişdi.
Analitiklər qeyd edirlər ki, bu addım Almaniyanın iqtisadi artımı dəstəkləmək, nəqliyyat və enerji infrastrukturu layihələrini sürətləndirmək, eləcə də müdafiə potensialını gücləndirmək strategiyasının tərkib hissəsidir. Rekord həcmdə istiqraz buraxılışı Avropa maliyyə bazarlarında Almaniyanın borclanma siyasətinə marağı daha da artıracaq.
