BİRJA

17 Dekabr

"KƏPƏZ BOKT" MMC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaq

Finss.az - 8 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "KƏPƏZ BOKT" MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 10.12.2025-ci il tarixində başlamış, 10 təqvim günü davam edəcəkdir.

AZ2012020809 İSİN kodlu istiqrazların yerləşdirilməsi 22 dekabr 2025-ci il tarixində həyata keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

 

Emitentin adı

"KƏPƏZ BOKT" MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2012020809

İstiqrazların növü və forması

Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı

10,000 ədəd

İlkin ticarət qiyməti

100 manat

İstiqrazların buraxılış həcmi

1,000,000 manat

İllik gəlirlilik faizi

15%

Ödəmə Periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər ay (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir.

Tədavül müddəti

24 ay

Ticarətə buraxılma tarixi

22.12.2025

Anderrayter

 “Troni İnvestisiya Şirkəti” QSC