17 dekabr 2025-ci il tarixində dünya birjalarında kriptovalyuta bazarında əsas rəqəmsal aktivlər üzrə eniş meyli müşahidə olunub və bazarda investor ehtiyatkarlığı ön plana çıxıb.
Finss.az xəbər verir ki, Bitcoin (BTC) hazırda 85 000–87 000 ABŞ dolları aralığında ticarət olunur. Son 24 saat ərzində satış təzyiqləri, eləcə də ETF-lərdən vəsait çıxışları fonunda BTC-də azalma meyli qeydə alınıb.
Ethereum (ETH) isə ucuzlaşaraq təxminən 2 900 dollar səviyyəsinə enib. Son günlər ərzində ETH üzrə 4–6 faiz civarında geriləmə müşahidə edilib.
Bildirilib ki, XRP də təzyiq altında qalaraq 1,90–1,92 dollar diapazonunda ticarət olunur və gündəlik azalma nümayiş etdirir. Eyni zamanda Solana (SOL), BNB, Cardano (ADA) və Dogecoin (DOGE) kimi əsas altkoinlər də ümumi bazar zəifliyi fonunda ən azı 3–5 faiz dəyər itirib.
