Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində azalma qeydə alınıb.
Finss.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,28 ABŞ dolları və ya 2 faiz azalaraq 62,45 ABŞ dolları səviyyəsinə enib. Bununla da “Azeri Light” neftinin əvvəlki qiyməti olan 63,73 ABŞ dolları ilə müqayisədə ucuzlaşma baş verib.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Mövcud qiymət isə büdcə proqnozundan aşağı formalaşıb.
