BİRJA

17 Dekabr

Dünya birjasında qızıl və gümüş qiymətləri artıb

Əmtəə bazarlarında qiymətli metallar üzrə fyuçerslərin qiymətlərində artım qeydə alınıb.

Finss.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 0,7 faiz artaraq 4 362,55 ABŞ dolları təşkil edib.

Eyni zamanda, gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də əhəmiyyətli artım nümayiş etdirərək 4,79 faiz yüksəlib və 66,355 ABŞ dollarına bərabər olub.

Qiymətli metallarda müşahidə olunan bu dinamika qlobal bazarlarda investorlara təhlükəsiz aktivlərə marağın davam etdiyini göstərir.