BİRJA

17 Dekabr

Dünya birjalarında neft bahalaşıb: Brent və WTI qiymətlərində artım

“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı “Brent” markalı neftin ixracına dair 2026-cı ilin fevral müqaviləsinin qiyməti 1,34% artaraq bir barel üçün 59,71 ABŞ dolları səviyyəsində formalaşıb.

Finss.az xəbər verir ki, artım tendensiyası ABŞ bazarında da müşahidə olunub. Belə ki, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin yanvar ayında ixrac edilməklə “WTI” markalı neftin bir barelinin qiyməti 1,4% yüksələrək 55,9 ABŞ dolları təşkil edib.

Birjalarda neft qiymətlərində qeydə alınan bu artım qlobal enerji bazarlarında mövcud gözləntilər və ticarət aktivliyi fonunda baş verib.