BİRJA

15 Dekabr

Qızıl və gümüş qiymətlərində yüksəliş

Əmtəə bazarlarında qiymətli metallar üzrə qiymətlər artım nümayiş etdirib. Qızıl və gümüş fyuçerslərinin bahalaşması investorların diqqətini yenidən bu sektora yönəldib.

Finss.az xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 0,72% artaraq 4 358,7 ABŞ dollarına yüksəlib.

Eyni zamanda, COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də artım göstərib. Belə ki, gümüş fyuçersləri 1,30% bahalaşaraq 62,81 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Analitiklərin fikrincə, qiymətli metallar bazarında müşahidə olunan bu yüksəliş qlobal iqtisadi qeyri-müəyyənliklər və təhlükəsiz investisiya alətlərinə artan maraqla bağlıdır.