BİRJA

12 Dekabr

İnvestisiya şirkətlərinin ARMB qiymətli kağızların dövriyyəsinin həcminə görə RENKİNQİ - YANVAR-NOYABR/2025

Bakı Fond Birjası (BFB) bu ilin yanvar–noyabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin Azərbaycan Respublikasının Mərkəzi Bankı (ARMB) tərəfindən buraxılan qiymətli kağızlarla apardıqları əməliyyatların ümumi dövriyyə həcmini açıqlayıb.

Finss.az BFB-nin məlumatına əsasən xəbər verir ki, hesabat dövründə "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC 733,88 milyon manatlıq əməliyyatla renkinqin lideri olub. Şirkət ARMB kağızları üzrə dövriyyədə rəqiblərini böyük fərqlə qabaqlayıb.

Renkinqin ikinci pilləsində "ABB İnvestisiya Şirkəti" QSC qərarlaşıb. Şirkətin göstərilən dövr üzrə dövriyyəsi 192,05 milyon manat təşkil edib.

Üçüncü yerdə isə "Assist Finance İnvestisiya Şirkəti" ASC qərarlaşıb – şirkət ARMB qiymətli kağızları üzrə 147,33 milyon manatlıq ticarət həcmi formalaşdırıb.

ARMB qiymətli kağızları üzrə dövriyyələrin həcminə görə investisiya şirkətlərinin tam renkinqi belədir:

Fuad Mədətov
Finss.az