BİRJA

12 Dekabr

İnvestisiya şirkətlərinin əməliyyatlarının sayına görə RENKİNQİ - YANVAR-NOYABR/2025

Bakı Fond Birjası (BFB) 2025-ci ilin yanvar–noyabr ayları üzrə ölkədə fəaliyyət göstərən investisiya şirkətlərinin əməliyyat sayı ilə bağlı statistik göstəriciləri açıqlayıb.

Finss.az BFB-nin məlumatına əsasən xəbər verir ki, hesabata görə, hesabat dövründə birja üzvləri arasında ən çox əməliyyat həyata keçirən şirkət “ABB İnvestisiya Şirkəti” QSC olub. Şirkət ötən 11 ayda ümumilikdə 23 152 əməliyyat icra edərək renkinqin liderliyini ələ keçirib.

İkinci yerdə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC qərarlaşıb – 7 822 əməliyyat. Bazarda ən çox dövriyyə formalaşdıran şirkətlərdən biri olan PAŞA Kapital həm də əməliyyat sayı baxımından yüksək aktivlik nümayiş etdirib.

Üçüncü pillənin sahibi isə “Unicapital İnvestisiya Şirkəti” ASC olub. Şirkət yanvar–noyabr ayları ərzində 6 519 əməliyyat həyata keçirib.

İnvestisiya şirkətlərinin əməliyyat sayı üzrə renkinq - (Yanvar-Noyabr/2025)

Fuad Mədətov
Finss.az