Bakı Fond Birjası (BFB) 2025-ci ilin yanvar–noyabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin əməliyyatlarının cəmi dövriyyə həcmini açıqlayıb.
Finss.az BFB-nin məlumatına əsasən xəbər verir ki, hesabat dövründə bazarda ən yüksək dövriyyə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC tərəfindən həyata keçirilib. “PAŞA Kapital”ın əməliyyat dövriyyəsi 40,97 milyard manat təşkil edib. Şirkət bu göstərici ilə renkinqin birinci pilləsində yer alaraq bazarda dominant mövqeyini qoruyub.
İkinci yerdə “ABB İnvestisiya Şirkəti” QSC qərarlaşıb. Şirkətin 11 aylıq əməliyyat dövriyyəsi 34,9 milyard manat olub. Üçüncü pillənin sahibi isə “CPM-İnvest İnvestisiya Şirkəti” QSC-dir – 5,83 milyard manat.
İnvestisiya şirkətlərinin əməliyyat dövriyyəsi üzrə renkinq - (Yanvar-Noyabr/2025)

Fuad Mədətov
Finss.az
