BİRJA

12 Dekabr

"FINCA Azerbaijan" MM QBKT-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdi

Finss.az - 11 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 18.12.2025-ci il tarixində keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

 

Emitentin adı

"FINCA Azerbaijan" MM QBKT

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2012019207

İstiqrazların növü və forması

Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Birqiymətli hərrac

İstiqrazların sayı

30,000 ədəd

İlkin ticarət qiyməti

100 ABŞ dolları

İstiqrazların buraxılış həcmi

3,000,000 ABŞ dolları

İllik gəlirlilik faizi

9%

Ödəmə Periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti

24 ay

Ticarətə buraxılma tarixi

18.12.2025

Anderrayter

  “Unicapital İnvestisiya Şirkəti” ASC