BİRJA

11 Dekabr

Azərbaycan Mərkəzi Bankı rəsmi valyuta və bank metallarının məzənnəsi

Finss.az - 11 dekabr 2025-ci il tarixindən etibarən Azərbaycan Mərkəzi Bankı rəsmi valyuta və bank metalı məzənnələrini açıqlayıb.

ABŞ dolları 1,7000 manat, Avro 1,9874 manat, Avstraliya dolları 1,1284 manat səviyyəsində müəyyən olunub. Eyni zamanda, İngilis funt sterlinqi 2,2728 manat, Çin yuanı 0,2407 manat, Yapon yeni 100 üçün 1,0908 manat, Rusiya rublu 100 üçün 2,1662 manat olaraq göstərilib.

Bank metallarına gəldikdə, 1 troy unsiya qızıl 7 163,50 manat, gümüş 105,25 manat, platin 2 830,09 manat, palladium isə 2 510,11 manat səviyyəsində qiymətləndirilib.

Mərkəzi Bank qeyd edir ki, bu məzənnələr üzrə valyutaların və metalların alınması və satışı öhdəliyi yoxdur.