Finss.az xəbər verir ki, Agentliyin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına görə, ABŞ Energetika Nazirliyi (DEP) 2025-ci ildə Henry Hub qazının qiymətini MBtu üçün 3,50 dollardan 3,56 dollara qaldırıb.
"Dekabrın əvvəlindəki soyuq hava təbii qazın qiymətlərinə yuxarı təzyiq göstərir. Proqnozumuza görə, bu qış istilik mövsümündə (noyabr-mart) Henry Hub bazarında orta spot qiymət MBtu üçün təxminən 4,30 dollar olacaq ki, bu da ötən qışdan 22% yüksəkdir. Dekabrın daha soyuq başlaması səbəbindən bu qış üçün qiymət proqnozumuzu ötən ayın hesabatı ilə müqayisədə MBtu üçün orta hesabla 40 dollardan çox artırdıq", - deyə ekspertlər qeyd edirlər.
