BİRJA

09 Dekabr

“Azeri Light” neftinin qiyməti dünya bazarında ucuzlaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb.

Finss.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,95 ABŞ dolları və ya 1,42% enərək 66 ABŞ dolları səviyyəsinə düşüb.

Azərbaycan neftinin əvvəlki qiyməti 66,95 ABŞ dolları olub. Bu dəyişiklik qlobal enerji bazarlarındakı volatillik fonunda qeydə alınıb.

Həmçinin bildirək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində “Azeri Light” neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.