BİRJA

09 Dekabr

Qızılın qiyməti azalıb, gümüş isə bahalaşıb

Əmtəə bazarlarında qızılın fyuçers qiymətlərində eniş qeydə alınıb.

Finss.az-ın birja məlumatlarına əsasən, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,16% azalaraq 4 211,15 dollar təşkil edib.

Bunun əksinə olaraq, gümüş fyuçersləri bahalaşıb. Hesabat dövründə COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,23% artaraq 58,54 dollara yüksəlib.