Finss.az - "ICE London" qitələrarası birjasında aparılan ticarət əməliyyatları nəticəsində “Brent” markalı neftin 2025-ci ilin fevral müqaviləsi üzrə qiyməti 0,22% azalaraq bir barel üçün 62,35 ABŞ dolları səviyyəsində formalaşıb.
Nyu-Yorkun “NYMEX” əmtəə birjasında yanvar ayı üzrə “WTI” markalı neftin qiyməti də 0,31% azalaraq 58,7 ABŞ dollarına düşüb.
