BİRJA

09 Dekabr

Neft bazarında eniş

Finss.az xəbər verir ki, neft qiymətləri ardıcıl üç sessiyalık artımdan sonra bazar ertəsi enməyə başlayıb. Treyderlər qlobal neft bazarında tələb və təklif balansına təsir edən geosiyasi xəbərləri və bazar siqnallarını qiymətləndirməyə davam edirlər.

Moskva vaxtı ilə saat 18:55-ə olan məlumata görə, London ICE Futures birjasında fevral ayı üçün Brent fyuçersləri 0,67 dollar və ya 1,05% azalaraq 63,08 dollar səviyyəsinə düşüb.

Eyni vaxtda NYMEX birjasında yanvar ayı üçün WTI fyuçersləri 0,63 dollar (1,05%) ucuzlaşaraq 59,45 dollar olub.

Ritterbusch and Associates konsaltinq şirkətinin analitikləri bildirirlər ki, bu həftə neft ticarətinin dinamikasına yalnız Rusiya–Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarVenesueladakı vəziyyət deyil, həm də ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarı ciddi təsir göstərəcək. Ekspertlərə görə, bu amillər qısa müddətdə neft bazarının istiqamətini müəyyənləşdirən əsas faktorlar olacaq.