BİRJA

08 phrase_var_core.december

Brent və WTI fyuçersləri kiçik eniş göstərdi

Bakı, 2025-ci il – Finss.az xəbər verir ki, cümə günü neftin qiyməti aşağı səviyyədə qalıb.

  • Brent fyuçersləri (fevral ayı, London ICE Futures) 0,06 dollar (0,09%) azalaraq barel üçün 63,2 dollar olub.

  • WTI fyuçersləri (yanvar ayı, NYMEX) 0,10 dollar (0,17%) azalaraq barel üçün 59,57 dollar təşkil edib.

Cümə axşamı günü isə Brent 0,94%, WTI isə 1,2% artım göstərmişdi.

Treyderlər hazırda Ukraynadakı vəziyyətlə bağlı danışıqları izləyirlər. Həftənin əvvəlində ABŞ-ın xüsusi elçisi Stiv Vitkov və prezident Donald Trampın kürəkəni Cared Kuşner Moskva səfəri edib. Tramp bildirib ki, Moskva Ukrayna böhranının həllinə maraqlıdır və münaqişənin həlli üçün səylərini davam etdirir.