BİRJA

04 Dekabr

Dünya bazarlarında qızıl ucuşlaşıb, kripto bahalaşıb

Finss.az - 4 dekabr 2025-ci il tarixində dünya bazarlarında qızılın qiymətində kiçik eniş müşahidə olunub.

Spot qızılın 1 unsiyası 4 179,71 ABŞ dolları, ABŞ futures/COMEX bazarında isə qızıl kontraktları 4 210,20 dollar civarında ticarət olunub.

Eyni gündə kripto bazarında Bitcoin qiyməti 93 413 ABŞ dolları, Ethereum 3 208 dollar səviyyəsinə yüksəlib. Analitiklər bu artımı investorların riskə meyli və Federal Reserve-in yaxın gələcəkdə faiz endirimləri gözləntiləri ilə izah edirlər.