Əmtəə bazarlarında qiymətli metallar üzrə son kotirovkalar açıqlanıb.
Finss.az-ın məlumatına görə, Nyu-Yorkun COMEX əmtəə birjasında bir troya unsiyası (31,1 qram) üzrə dekabr fyuçersləri 0,14% ucuzlaşıb və qiymət 4 226,65 ABŞ dolları təşkil edib.
COMEX birjasında gümüşün bir unsiya üzrə dekabr fyuçersləri isə 0,25% artıb və 58,765 ABŞ dolları olub.
Qiymətli metallar bazarındakı dəyişikliklər qlobal iqtisadi gözləntilər, ABŞ dollarının mövqeyi və faiz dərəcələri ilə əlaqələndirilir.
