Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.
Finss.az xəbər verir ki, Azərbaycanın yüngül neftinin 1 barelinin dəyəri əvvəlki qiymətlə müqayisədə 0,32 dollar (0,48%) yüksələrək 66,54 ABŞ dollarına çatıb.
Məlumat üçün qeyd olunur ki, bundan əvvəl “Azeri Light” neftinin qiyməti 66,22 dollar səviyyəsində idi. Azərbaycanın cari ilin dövlət büdcəsində isə bu markalı neftin 1 bareli üçün orta qiymət 70 ABŞ dolları götürülüb.
