2025-ci ilin fevral ayı üzrə “Brent” markalı neftin qiyməti “ICE London” qitələrarası birjasında keçirilən ticarət sessiyasında 0,37% bahalaşıb və 1 barelin dəyəri 62,9 ABŞ dollarına yüksəlib.
Finss.az xəbər verir ki, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında yanvar ayı üzrə “WTI” markalı neftin qiymətində də artım qeydə alınıb. Belə ki, WTI-nin 1 bareli 0,47% bahalaşaraq 59,23 ABŞ dollarına çatıb.
