BİRJA

03 Dekabr

Dünya bazarında Azərbaycan neftinin qiyməti dəyişməz qalıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində dəyişiklik baş verməyib.

Finss.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 66,22 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Qeyd olunur ki, əvvəlki qiymət də 66,22 ABŞ dolları olub.

Xatırladılır ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində “Azeri Light” neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları nəzərə alınaraq hesablanıb.