Əmtəə bazarlarında qızıl üzrə fyuçers qiymətlərinin artdığı bildirilir.
Finss.az-ın birja məlumatlarına istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun COMEX birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin dəyəri 0,74 faiz yüksələrək 4 252,2 ABŞ dollarına çatıb.
Həmçinin COMEX birjasında gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiymətində də artım müşahidə olunub. Məlumata görə, gümüş fyuçerslərinin dəyəri 1,24 faiz artaraq 59,43 ABŞ dolları səviyyəsinə yüksəlib.
