“ICE London” qitələrarası birjasında aparılan son ticarət əməliyyatlarında “Brent” markalı neftin 2025-ci ilin fevral fyuçersləri üzrə qiyməti 0,11% artaraq 62,52 ABŞ dolları/barel səviyyəsinə yüksəlib.
Finss.az xəbər verir ki, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında “WTI” markalı neftin yanvar fyuçersləri üzrə qiymətində də müsbət dinamika qeydə alınıb. Belə ki, WTI 0,14% bahalaşaraq 58,72 ABŞ dolları/barel olub.
