Finss.az xəbər verir ki, çərşənbə axşamı dünya bazarlarında neft qiymətlərinin kəskin ucuzlaşması davam edib. Neft fyuçersləri ticarətdə gün ərzində daha da dəyər itirərək bazarlarda eniş tendensiyasını gücləndirib.
Moskva vaxtı ilə saat 18:06-a olan məlumata görə, Londonun ICE Futures birjasında fevral ayı üçün Brent markalı neftin fyuçersləri 0,52 dollar və ya 0,82% azalaraq 62,65 dollar səviyyəsinə enib. ABŞ-ın NYMEX birjasında yanvar ayı üçün WTI fyuçersləri də 0,52 dollar və ya 0,88% ucuzlayaraq 58,8 dollar olub.
Ekspertlərin fikrincə, treyderlərin diqqəti yenidən qlobal yanacaq tədarükü bolluğuna yönəlib. Bazarda artan təklif həcmi neft qiymətlərinin aşağı istiqamətli hərəkətini sürətləndirir və yaxın dövrdə də qiymətlərin təzyiq altında qala biləcəyi ehtimal olunur.
