Dünya bazarlarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,12 ABŞ dolları və ya 0,18% azalaraq 66,22 ABŞ dolları səviyyəsinə düşüb.
Finss.az xəbər verir ki, əvvəlki göstərici 66,34 ABŞ dolları olub. Qeyd edək ki, 2025-ci ilin dövlət büdcəsində “Azeri Light” neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları nəzərə alınaraq hesablanıb.
