Əmtəə bazarlarında qızıl və gümüşün fyuçers qiymətləri düşüb.
Finss.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın dekabr fyuçerslərinin qiyməti 0,67% enərək 4 246,35 ABŞ dolları səviyyəsində qeydə alınıb.
Eyni zamanda, COMEX-də gümüş fyuçerslərinin dekabr qiyməti 2,32% azalaraq 57,77 ABŞ dollarına düşüb.
