BİRJA

02 Dekabr

“Brent” və “WTI” markalı neftin fyuçers qiymətlərində artım qeydə alınıb

"ICE London" qitələrarası birjasında aparılan ticarət əməliyyatları zamanı 2025-ci ilin fevral ayı üzrə “Brent” markalı neftin fyuçers qiyməti 0,08% artıb və nəticədə 1 barelin dəyəri 63,22 ABŞ dollarına yüksəlib.

Finss.az xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında yanvar ayı üzrə “WTI” markalı neftin fyuçers qiymətləri də 0,19% bahalaşıb. Bununla da 1 barel “WTI” neftinin qiyməti 59,43 ABŞ dolları səviyyəsində formalaşıb.