BİRJA

01 Dekabr

"GL" ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdi

Finss.az - 1 dekabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "GL" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 05.12.2025-ci il tarixində keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

 

Emitentin adı

"GL" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2039020287

İstiqrazların növü və forması

Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Birqiymətli hərrac

İstiqrazların sayı

2,000 ədəd

İlkin ticarət qiyməti

1,000 manat

İstiqrazların buraxılış həcmi

2,000,000 manat

İllik gəlirlilik faizi

15%

Ödəmə Periodu

Faiz ödənişləri hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir

Tədavül müddəti

7 il

Ticarətə buraxılma tarixi

05.12.2025

Anderrayter

 “İnvest-AZ İnvestisiya Şirkəti” QSC