28 noyabr 2025-ci il tarixində dünya bazarında qiymətli metalların dəyərində artım meyli müşahidə olunub.
Finss.az xəbər verir ki, aparıcı birjalarda qızıl, gümüş və platin bahalaşdığı halda, paladyumda cüzi azalma qeydə alınıb.
Məlumata görə, qızılın spot qiyməti 1 unsiya üçün 4 189,61 ABŞ dolları təşkil edib və əvvəlki ticarət gününə nisbətən 0,8 % artıb. Gümüşün 1 unsiyası 54,18 dollar olmaqla 1,4 % yüksəlib. Platinum bazarında isə qiymət 1 634,82 dollar səviyyəsinə çatıb və 1,7 % artım qeydə alınıb.
Bunun əksinə olaraq, palladiumun qiyməti 1 428,62 dollara geriləyib və bu, 0,6 % azalma deməkdir.
