BİRJA

26 Noyabr

“Azeri Light” nefti ucuzlaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində azalma müşahidə olunub.

Finss.az xəbər verir ki, neftin 1 barelinin qiyməti 2,24 ABŞ dolları və ya 3,34% azalaraq 64,8 ABŞ dollarına düşüb. Əvvəlki göstərici 67,04 ABŞ dolları olub.

Qeyd edilir ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində “Azeri Light” neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində hesablanıb.